Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub.
“TV1” xəbər verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları sakinlərə bərpa olunmuş mənzillərin açarlarını təqdim ediblər.
Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin ümumi sayı 137-yə (532 nəfər) çatıb.
12:25
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
“TV1” xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 10 ailənin (44 nəfər) qayıdışı təmin edilib.
Ağdərə rayonunun Vəngli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.








