Aktauda 300 milyon dollar dəyərində yeni liman tikiləcək
Aktauda 300 milyon ABŞ dolları dəyərində yeni dəniz limanının tikintisi planlaşdırılır.
“TV1” xəbər verir ki, Qazaxıstan mediasına istinadən xəbər verir ki, bölgənin akimi Nurdaulet Kilıbayın sözlərinə görə, Çinin “Çjonyun International” şirkətlər qrupu strateji tərəfdaş seçilib.
Region rəhbərliyinin məlumatına əsasən, investisiya layihəsinin dəyəri 300 milyon dollar təşkil edir.
N.Kilıbaya vurğulayıb ki, investor şirkəti regionda qeydiyyatdan keçirib və investisiya müqaviləsinin imzalanması üçün sənədlər hazırlayır.
“Layihə yeni “Çin – Qazaxıstan – Aktau – Bakı – Poti – Avropa” beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasına töhfə verəcək. Onun həyata keçirilməsi yüklərin çatdırılma müddətini 7-15 gün, nəqliyyat xərclərini 18-25 faiz azaltmağa və yeni iş yerləri yaratmağa imkan verəcək”, – o qeyd edib.








