Almaniyada gürcü kriminal dəstə yaxalandı - FOTO
Almaniyada 12 nəfər gürcüdən ibarət olan kriminal dəstə yaxalanıb.
“TV1” xəbər verir ki, 200 polis əməkdaşının keçirdiyi əməliyyat nəticəsində Berlin və Hamburq şəhərlərində gürcülərin icarəyə götürdükləri anbarlardan milyonlarla avroluq oğurluq məhsullar aşkar edilib.
Banda üzvləri velosiped, elektrik avadanlıqları, bahalı alkoqollu içkilər, hətta parfümeriya məhsullarını oğurlayaraq Gürcüstan Poçtu ( Georgian Post) vasitəsilə son bir il ərzində Tbilisiyə yollayıblar.
Oğru dəstəsinin üzvləri sırasında Gürcüstan poçt idarəsinin rəsmi əməkdaşları da var.