Almaniyanın ABŞ-a ixracı kəskin azalıb - Yenidən əsas tərəfdaş Çindir

media-ads_728_90

Almaniyanın ABŞ-a ixracı kəskin şəkildə azalıb, Çin isə yenidən onun əsas ticarət tərəfdaşı olub. Federal Statistika İdarəsinin məlumatına görə, Almaniyanın ABŞ-a ixracı 2025-ci ildə 9,4% azalaraq 146,2 milyard avroya düşüb. Avtomobillərin və avtomobil hissələrinin tədarükü xüsusilə kəskin azalıb (mənfi 17,8%). ABŞ ilə ümumi ticarət dövriyyəsi 5% azalıb. Buna baxmayaraq, ABŞ Almaniyanın ən böyük ixracat bazarı olaraq qalır.

“TV1” BİLD-ə istinadən xəbər verir ki, Amerika münasibətlərinin zəifləməsi fonunda Çin 2016-2023-cü illərdə olduğu kimi yenidən Almaniyanın aparıcı ticarət tərəfdaşına çevrilib.

Çindən idxal 8,8% artaraq 170,6 milyard avroya çatıb. Eyni zamanda, Almaniyadan Çinə ixrac 9,7% azalaraq 81,3 milyard avroya düşüb. Nəticədə Çinlə ümumi ticarət dövriyyəsi 2,1% artıb.

Almaniyaya idxal olunan malların tədarükçüləri arasında Niderland ikinci yerdə (96,7 milyard avro, +3,9%), üçüncü yerdə isə ABŞ (94,3 milyard avro, +2,7%) qərarlaşıb.

Ticarət tərəfdaşlarının ümumi reytinqində Hollandiya 209,1 milyard avro dövriyyə ilə üçüncü yerdədir. ABŞ-dan sonra Fransa və Niderland Almaniyanın ən böyük ixracat bazarları olaraq qalır.

media-ads_728_90
Paylaş