Almaniyanın hansı bölgələrində vətəndaşlar həyatlarından daha çox razıdırlar?
Almaniyanın hansı bölgələrində vətəndaşlar öz həyatlarından daha çox razıdırlar?
Federal Əhali Tədqiqatları İnstitutu (BİB) bu suala cavab verməyə çalışıb. Ailə və Demoqrafik Panelini (FReDA) tərtib etmək üçün hər il 18-49 yaş arasında 30 mindən çox vətəndaş arasında sorğu keçirir.
“TV1” xəbər verir ki, nüfuzlu “BİLD” nəşrinin məlumatına əsasən, Almaniyada 2021-ci illə müqayisədə əhalinin əhval-ruhiyyəsi 2024-cü ildə bütövlükdə yaxşılaşıb. İndi bu göstərici on ballıq şkala ilə 7 bala çatıb.
Almaniyanın cənubunda yaşayanlar şimal, qərb və şərqdə məskunlaşanlardan daha çox həyatlarından razıdırlar. Yaşam məmnuniyyəti baxımından Şlezviq-Holşteyn, Brandenburq, Bremen və Reynland-Pfalz torpaqları liderdir. Fransa ilə sərhəddə yerləşən kiçik Saarland bölgəsi isə sonuncu yerə layiq görülüb.