“Amazon”da növbəti ixtisarlar - 30 min əməkdaş...
Dünyanın ticarət nəhənglərindən biri – “Amazon” şirkətində növbəti ixtisarlar planlaşdırılır.
“TV1” xəbər verir ki, “Reuters”in məlumatına görə, növbəti ixtisarlar 30 min nəfəri əhatə edəcək.
“Amazon” şirkətində ötən il oktyabr ayında 14 min əməkdaş işdən çıxarılıb. Budəfəki ixtisarların internet xidmətləri, pərakəndə satış, “Prime Video” və insan resursları sahələrində aparılması gözlənilir.
İxtisarın gözləndiyi 30 min iş yeri “Amazon”un 1,58 milyon işçisinin yalnız kiçik bir hissəsidir. 2022-ci ildə şirkət təxminən 27 min iş yerini ixtisar etmişdi.








