Amsterdamda israilli azarkeşlərə hücum edilib - Yaralılar var
Amsterdamda ötən gecə saatlarında yerli sakinlərlə israilli azarkeşlər arasında toqquşma olub.
“TV1” BBC-yə istinadən xəbər verir ki, İsrail mediasının yaydığı məlumata görə, Təl-Əvivin “Makkabi” futbol komandasının qaldığı mehmanxanaya hücum zamanı 10 nəfər zərərçəkən olub, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Qeyd edək ki, ötən gün Avropa Liqasının oyunları çərçivəsində yerli “Ayaks” və “Makkabi” futbol klubları Arasında oyun keçirilib. Oyundan öncə isə fələstinliləri müdafiə edən qruplarla israilli fanatlar arasında toqquşma olub. Olaylarda 62 nəfər saxlanılıb. Polisin məlumatına görə, 5 israilli yaralanıb.
İsrail hökuməti isə gecə saatlarında baş vermiş toqquşmaları antisemitist aksiya adlandırıb.
İsrailin baş naziri Benyamin Netanyahu olaylarda zərər çəkən vətəndaşlarının ölkəyə geri qayıtmaları üçün təyyarə göndərəcəyini deyib.