Ankarada teror hücumu olub - Ölən və yaralananlar var
Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu olub.
“TV1” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.
“Türk Aviasiya və Kosmos Sənayesi A.Ş.-nin (TUSAŞ) Ankara Kahramankazan obyektlərinə qarşı terror hücumu həyata keçirilib. Hücum nəticəsində, təəssüf ki, şəhidlərimiz və yaralılarımız var,” – nazir qeyd edib.
Hadisə yerinə çox sayda xüsusi təyinatlı polis və tibbi yardım heyəti cəlb edilib. İlk partlayışdan sonra silah səsləri eşidilib.
Məlumata görə, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışmalar davam edir və girovların olduğu bildirilir.
Təhlükəsizlik səbəbindən işçi heyətin sığınacaqlara yönləndirildiyi qeyd olunub.