Astanada Tokayev və Ərdoğanın görüşü keçirilib

media-ads_728_90

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunan qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək və bir sıra rəsmi görüşlər keçirmək məqsədilə Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edib.

“TV1” xəbər verir ki, R.T.Ərdoğanın təyyarəsi hava limanına eniş edərkən onu Qazaxıstanın hərbi təyyarələri müşayiət edib.

Türkiyə liderini hava limanında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Türkiyə prezidenti üçün xüsusi hərbi parad təşkil olunub, səmada Türkiyə və Qazaxıstan bayraqlarını daşıyan iki hərbi helikopter mərasimə xüsusi rəng qatıb. Sonra Astanadakı Müstəqillik Sarayında Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

Mərasimdən sonra liderlər arasında məhdud tərkibdə görüş keçirilib. Dövlət başçısı Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstanın yeni təsis edilən Xoca Əhməd Yasevi ordeninin ilk sahibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olacaq.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə toplantısı mayın 15-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək.

media-ads_728_90
Paylaş