Astanada TDT çərçivəsidə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

media-ads_728_90

Astanada keçirilən “TDT ölkələrinin iqtisadi inteqrasiyası və əməkdaşlığı: sənaye, aqrar-sənaye kompleksi, logistika və rəqəmsallaşmada yeni imkanlar” biznes-forumu çərçivəsində türk dövlətləri arasında kooperasiya əlaqələrinin genişləndirilməsi və birgə iqtisadi layihələrin inkişafı məsələləri müzakirə olunub.

“TV1” xəbər verir ki, forum zamanı istehsalçıların, fermerlərin, emal müəssisələrinin, logistika operatorlarının və ticarət şəbəkələrinin birləşdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin kooperativ ticarətin inkişafı, ixrac imkanlarının genişləndirilməsi və dayanıqlı beynəlxalq istehsal-logistika zəncirlərinin formalaşdırılması məsələlərinə xüsusi diqqət ayrılıb.

Panel sessiyasının spikerləri sırasında “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi ASC, International Cooperative Alliance – Asia Pacific, The EVRASIAN informasiya agentliyi, Central Asia Market MMC, “SkyHansa” MMC, Türkiyə Milli Kooperativlər Birliyi və Turkish Airlines şirkətinin nümayəndələri yer alıblar.

Forumun yekununda iştirakçılar iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə, birgə investisiya layihələrinin inkişafına və türk dövlətləri arasında kooperasiya əlaqələrinin möhkəmləndirilməsinə maraqlı olduqlarını təsdiqləyiblər.

Qeyd olunub ki, forumun Astanada keçirilməsi qarşılıqlı etimad, texnoloji əməkdaşlıq və TDT ölkələrinin ümumi iqtisadi gündəliyi əsasında dayanıqlı biznes tərəfdaşlığı məkanının formalaşdırılması istiqamətində növbəti addım olub.

media-ads_728_90
Paylaş