media-1200x100

Astaraya 64, Lənkərana 53 mm-dək yağış yağır - FAKTİKİ HAVA 

media-ads_728_90

 

Oktyabrın 23-ü saat 9:00-a olan məlumata əsasən hazırda Lənkəran-Astara bölgəsində yağıntılı, qeyri-sabit hava şəraiti davam edir.

“TV1” xəbər verir ki, bu barədə Millli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, düşən yağıntının miqdarı Astarada 64 mm, Lənkəranda 53 mm, Lerikdə 50 mm, Yardımlı 40 mm təşkil edir.

Yağan qar nəticəsində əmələ gələn qar örtüyünün hündürlüyü Lerikdə 17 sm olub.

“Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir”, – deyə Xidmət rəsmisi bildirib.

media-ads_728_90
Paylaş