Avropa İttifaqının Gürcüstanla bağlı sərt QƏRARI
Avropa İttifaqının yüksək səviyyəli sammiti başa çatıb. Qeyri-leqal miqrasiyaya qarşı tədbirlərin gücləndirilməsi və ittifaqa daxil olan dövlətlərin sərhədlərinin daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
“TV1” xəbər verir ki, görüş sonu liderlər tərəfindən bəyannamə qəbul olunub.
Avropada sığınacaq almaq üçün mövcud qaydaların sərtləşdiriləcəyi haqqında konkret fikirlər səsləndirilib. Bundan sonra Avropada sığınacaq almaq imkanları radikal şəkildə məhdudlaşdırılacaq.
Rəsmi Brüssel həm də bu sammitin nəticələrinə əsasən Gürcüstanla reallaşdırılan Avropaya inteqrasiya layihələrinin dayandırılması haqqında məlumat yayıb.
Sammitin yekun bəyanatında Gürcüstan hakimiyyətinin həyata keçirdiyi kursun Avropa İttifaqının dəyərlərinə və prinsiplərinə zidd olduğu bildirilib.
Qeyd edək ki, Gürcüstan cari ildə Avropa İttifaqından (Aİ) alacağı 121 milyon avro yardımı itirib. Bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski deyib. O bildirib ki, əgər gürcülər səsvermə yolu ilə Aİ-yə qoşulmağa davam etməmək qərarına gəlsələr, Gürcüstan bütün maliyyə yardımlarından məhrum olacaq.