media-1200x100

Avropa Liqası: “Qarabağ” bu gün Norveç klubu ilə qarşılaşacaq

media-ads_728_90

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

“TV1” xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Norveçdə “Budyo-Qlimt”in qonağı olacaq.

“Aspmüra” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Görüşü portuqaliyalı FIFA referisi Luiş Qodinyo idarə edəcək.

Ağdam klubu bundan əvvəl keçirdiyi oyunlarda İngiltərədə “Tottenhem”ə, Bakıda Niderlandın “Ayaks” komandasına (hər ikisinə 0:3) və İsveçin “Malmö” kollektivinə (1:2) uduzub.

media-ads_728_90
Paylaş