Avstraliyada təyyarə timsahlarla dolu çaya düşdü – Ölən var
Avstraliyada kiçik mühərrikli təyyarə içində timsahlar üzən çaya düşüb.
“TV1” xəbər verir ki, insident Darvin şəhərindən 60 kilometr şimal-qərbdə yerli vaxtla 10:20-də (Bakı vaxtı ilə 04:50) baş verib.
Qəzaya uğrayan laynerin göyərtəsində 63 yaşlı pilot və 29 yaşlı sərnişin olub.
Pilot həlak olsa da, xilasedicilər sərnişini sağ çıxara biliblər.