AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutu”ları deşifrə edilir - FOTO
Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin qəzasını araşdıran komissiyanın ekspertləri bu günlərdə Braziliyadan “qara qutu”ların deşifrə edilmiş materialları ilə Astanaya qayıdacaqlar.
“TV1” xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, ekspertlər “qara qutu”ların deşifrə edilmiş məlumatlarının öyrənilməsi və təhlilinə başlayacaq.
Qurumdan bildirilib ki, yaxın vaxtlarda Qazaxıstan, Azərbaycan və Rusiya nümayəndələrindən ibarət 17 beynəlxalq ekspert Qazaxıstanda olacaq.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.