Bakıdan Naxçıvana birbaşa uçuşlar bərpa edilib
Azərbaycan Hava Yolları (AZAL) 9 mart 2026-cı il tarixindən etibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir.
“TV1” xəbər verir ki, AZAL-dan verilən məlumata görə, martın 10-dan etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.
AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli:
| Reys | Bakıdan qalxma | Naxçıvandan qalxma |
| J2 2251 / 2252 | 18:00 | 20:00 |
| J2 2253 / 2254 | 19:00 | 21:00 |
| J2 2255 / 2256 | 20:00 | 22:00 |
| J2 2257 / 2258 | 21:00 | 23:00 |








