Azərbaycan dilindən BMT-nin əsas dillərinə və türk dillərinə tərcümə lüğətləri hazırlanacaq

media-ads_728_90

Azərbaycan dilindən Birləşmiş Millətlər Təşkilatının əsas dillərinə, türk dillərinə və həmin dillərdən Azərbaycan dilinə tərcümə lüğətləri hazırlanaraq yayılacaq.

“TV1” xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında əksini tapıb.

Qeyd edilib ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası 2026-2030-cul illərdə tərcümə lüğətlərinin hazırlanması məqsədilə təşkilati işlərin həyata keçirilməsi, mütəxəssis qruplarının formalaşdırılmasını təmin etməlidir.

media-ads_728_90
Paylaş