media-1200x100

Azərbaycan idmançıları Gimnaziadada mübarizəyə başlayır

media-ads_728_90

Bu gün Azərbaycan idmançıları Bəhreyndə keçirilən Gimnaziadada çıxışlarına başlayırlar.

“TV1” xəbər verir ki, ilk yarış günündə cüdoçular, aerobika təmsilçiləri, şahmatçılar, boksçular, paracüdoçular, üzgüçülər, paraüzgüçülər və stolüstü tennis ustaları mübarizəyə qoşulacaq.

Turnirdə Azərbaycan 18 yaşadək 160 idmançı ilə təmsil olunur. Millimiz Bəhreyndə nümayəndə heyətinin sayına görə dördüncü, idmançıların sayına görə isə beşincidir.

Qeyd edək ki, multiforumda 71 ölkədən idmançılar iştirak edir.

media-ads_728_90
Paylaş