Nurdan Oruntayev: Azərbaycan investorları Qırğızıstanda tikinti sahəsinə böyük maraq göstərirlər - ÖZƏL
Qırğızıstan ərazisində, Issyk-Kul regionunda Azərbaycan şirkətləri tərəfindən beşulduzlu otel tikilir.
Bunu “TV1”-ə açıqlamasında Qırğızıstanın Şəhərsalma, Arxitektura və Mənzil Təsərrüfatı naziri Nurdan Oruntayev deyib.
O qeyd edib ki, bu, ilk təcrübədir:
“Gələcəkdə bu əməkdaşlıq daha da inkişaf edəcək. Hazırda Azərbaycan investorları Qırğızıstan ərazisində tikinti sahəsinə də böyük maraq göstərirlər. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun tapşırığı ilə Ağdam rayonunda Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi inşa olunub”.








