Azərbaycan nefti bahalaşıb
İtaliyanın Auqusta limanında CIF bazasında Azərbaycan nefti “Azeri Light”ın qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,46 ABŞ dolları və ya 2,3% artaraq bir barel üçün 65,71 ABŞ dolları təşkil edib.
“TV1” xəbər verir ki, bu barədə neft bazarından olan mənbə məlumatında bildirilib.
Qeyd olunur ki, Türkiyənin Ceyhan limanında FOB bazasında Azərbaycan nefti “Azeri Light”in qiyməti 1,49 ABŞ dolları və ya 2,5% artaraq bir barel üçün 63,64 ABŞ dolları olub.
URALS markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,61 ABŞ dolları və ya 5% artaraq bir barel üçün 33,66 ABŞ dollarına yüksəlib.
Şimal dənizində hasil olunan Dated Brent neftinin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,29 ABŞ dolları və ya 2,1% artaraq bir barel üçün 62,46 ABŞ dolları təşkil edib.
Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.








