Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

media-ads_728_90

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“TV1” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,83 ABŞ dollar və ya 2,58% artaraq 72,78 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,95 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

media-ads_728_90
Paylaş