media-1200x100

Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir - VİDEO

media-ads_728_90

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər davam etdirilir.

“TV1” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, kompleks tədbirlər zamanı döyüş və xüsusi texnikanın yanacaq-sürtgü materialları payız-qış mövsümünə uyğun dəyişdirilir, elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır, eləcə də texnikaların üzərində və bölmələrdə olan silahlara və döyüş sursatlarına mövsümi xidmət göstərilir.

media-ads_728_90
Paylaş