Azərbaycan UEFA reytinqində neçəncidir?
Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərinin ötən gün keçirilən matçlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.
“TV1” xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” ötən gün “Ayaks”a uduzub – 0:3.
Buna baxmayaraq, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalıb. Ölkəmiz 19,125 xalla 28-cidir.
Azərbaycan komandaları cari mövsümdə 2,375 xal qazanıb. Ölkə reytinqinə “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal gətirib.
UEFA reytinqinə 94,303 xalla İngiltərə liderlik edir.