Azərbaycan və Ermənistan nümayəndələri Zod yatağı ərazisinə baxış keçiriblər
Ermənistan və Azərbaycan nümayəndələri Geqarqunik vilayətində Zod qızıl yatağı yaxınlığında sərhəd bölgəsində əraziyə birgə baxış keçiriblər.
“TV1” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın Ofisinə istinadən “Joxovurd” qəzeti məlumat yayıb.
Bununla belə, Qriqoryanın Ofisi Azərbaycan və Ermənistan hərbçilərinin artıq bir neçə gündür xəritələr üzrə delimitasiya işləri aparması barədə qəzetin iddiasını təkzib edib.








