Azərbaycan və İsrail arasında Anlaşma Memorandumu imzalanıb

media-ads_728_90

Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrailin İstehsalçılar Assosiasiyası (MAI) arasında Anlaşma Memorandumu imzalanıb.

“TV1” xəbər verir ki, sənəd Azərbaycan-İsrail biznes forumu çərçivəsində imzalanıb.

Sənədi Azərbaycan tərəfdən ASK prezidenti Məmməd Musayev, İsrail tərəfdən isə MAI-ın sədrinin müavini Natanel Hayman imzalayıblar.

Bu sənədlə iki ölkə arasında biznes missiyalarının səfərlərinin təşkili, qarşılıqlı investisiyaların yatırılması ilə bağlı araşdırmalar, B2B görüşlərin keçirilməsi, özəl sektor arasında fikir mübadiləsinin həyata keçirilməsi və sair əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.

Xatırladaq ki, bu gün İsrailin xarici işlər naziri Gideon Saarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

media-ads_728_90
Paylaş