Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb - Uçuş aparatı zərərsizləşdirilib
Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.
“TV1” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatında bildirilir.
Qeyd olunur ki, martın 4-də DSX-in Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.