Azərbaycanda daha bir meyit donordan böyrək transplantasiya olunub

media-ads_728_90

Azərbaycanda beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan və orqan gözləyən İsrafil Məmmədova transplantasiya edilib.

“TV1” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İsrafil Məmmədovun beyin ölümü keçirməsi ilə bağlı məlumat Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə ötürüldükdən sonra Mərkəzi Klinikanın Transplantasiya şöbəsində transplantoloq-cərrah Tariyel Nadirovun rəhbərlik etdiyi cərrah və nefroloqlardan ibarət komandası şəxsə donor böyrəyi köçürüb.

Əməliyyatdan cəmi bir həftə sonra İsrafil Məmmədovun vəziyyəti stabilləşib və o, uzun illər davam edən dializ yükündən azad halda evə buraxılıb.

media-transpalntasiya

media-ads_728_90
Paylaş