Azərbaycanda təbii qaz hasilatı artıb

media-ads_728_90

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 46,451 milyard kubmetr təbii qaz (qaz kondensatı daxil olmaqla) hasil edilib.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, hasilat həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 418 milyon kubmetr və ya 0,9 faiz çox olub.

Ötən ilin ilk on bir ayında təbii qaz hasilatı 46,033 milyard kubmetr təşkil edib.

Hesabat dövründə 35,508 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 392 milyon kubmetr və ya 1,12 faiz çoxdur.

Ötən ilin ilk on bir ayında 35,115 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilmişdi.

Qeyd etmək lazımdır ki, hesabat dövründə mədənçıxarma sənayesində ümumi istehsal həcmi 34,8 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azdır.

media-ads_728_90
Paylaş