Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI

media-ads_728_90

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 22 ölkəyə 22 milyon 132 min 445,56 ton həcmində neft ixrac olunub.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasında bildirilir.

Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkələr sırasına İtaliya, Çexiya, Xorvatiya, Rumıniya və Almaniya daxil olub.

Ötən 11 ayda Azərbaycan İtaliyaya 6 milyard 524 milyon 604,65 min ABŞ dolları dəyərində 12 milyon 670 min 719,72 ton, Çexiyaya 742 milyon 159,08 min ABŞ dolları dəyərində 1 milyon 59,25 ton, Xorvatiyaya 666 milyon 587,01 min ABŞ dolları dəyərində 1 milyon 255,21 min ton xam neft ixrac edib. Rumıniyaya 559 milyon 691,19 min ABŞ dolları dəyərində 1 milyon 43,111 min ton və Almaniya 502 milyon 18,65 min ABŞ dolları məbləğində 956 min 716 ton neft tədarük edilib.

Aşağıdakı cədvəldə Azərbaycanın bu ilin 11 ayı ərzində neft ixrac etdiyi ölkələrin tam siyahısı göstərilib:

Ölkələr Miqdar (ton) 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən Statistik dəyər (min ABŞ dolları) 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən
1 İtaliya 12 670 719,72 + 28,5 % 6 524 604,65 +6,2 %
2 Çexiya 1 405 059,25 -11,3 % 742 159,08 -24 %
3 Xorvatiya 1 255 021,16 -12,6 % 666 587,01 -23,6 %
4 Rumıniya 1 043 111,41 +1,7 dəfə 559 691,19 +1,5 dəfə
5 Almaniya 956 716,48 -4,5 % 502 018,65 -21 %
6 Portuqaliya 803 374,35 -20,1 % 430 730,82 -31,8 %
7 Yunanıstan 590 674,03 +2,6 dəfə 313 840.72 +2,2 dəfə
8 Böyük Britaniya 514 926,69 -20,8 % 273 052,39 -30,1 %
9 İrlandiya 524 907,84 +3 dəfə 267 776,63 +2,4 dəfə
10 Tunis 370 471,31 -16,5 % 198 705,68 -28,7 %
11 Niderland 360 687,86 +2,1 dəfə 182 857.88 +1,7 dəfə
12 Fransa 281 055,52 +3,1 dəfə 143 049,38 +2,5 dəfə
13 Hindistan 250 122,21 -78,6 % 126 113,14 -82,7 %
14 İsveçrə 172 862,46 -* 96 641,78 -*
15 Bolqarıstan 169 525,7 +2,1 dəfə 92 288,51 +2 dəfə
16 Avstriya 177 544,30 +2,1 dəfə 87 951,93 +1,8 dəfə
17 Tailand 137 785,75 -63,4 % 75 910,84 -67,6 %
18 İndoneziya 130 925,36 -* 72 131,22 -*
19 Türkiyə 142 382,68 -61,5 % 68 994,28 -65,8 %
20 Danimarka 88 157,38 -* 49 689,27 -*
21 İspaniya 82 575,87 -* 38 585,23 -*
22 Gürcüstan 3 838,22 -* 1 586,27 -*
Cəmi 22 132 445,56 + 2,7 % 11 514 966,53 -13,4 %

-* Ötən ilin eyni dövründə tədarük olmayıb.

media-ads_728_90
Paylaş