Azərbaycanın pasport mövqeyi beynəlxalq reytinqdə yüksəlib

media-ads_728_90

Azərbaycan “Henley & Partners” beynəlxalq konsaltinq şirkəti tərəfindən açıqlanan 2026-cı il üçün yenilənmiş Pasport Reytinqində mövqeyini yaxşılaşdıraraq 3 pillə irəliləyib və 67-ci yerə yüksəlib.

“TV1” xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, reytinqin nəticələrinə əsasən, Azərbaycan Respublikası vətəndaşları 70 ölkəyə vizasız, gəlişdə viza və ya elektron viza vasitəsilə səfər etmək imkanına malikdirlər.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində yaradılmış “Beynəlxalq sazişlər üzrə” İşçi qrupunun fəaliyyəti çərçivəsində qarşılıqlı vizasız gediş-gəliş rejimlərinin genişləndirilməsi, beynəlxalq sazişlərin sayının artırılması və institusional islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq pasport reytinqlərində mövqeyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.

 

media-ads_728_90
Paylaş