media-1200x100-50faiz

Azərbaycanın strateji valyuta ehtiyatları ilə bağlı AÇIQLAMA

media-ads_728_90

2024-cü ildə də ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələyib.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilir.

Qeyd olunur ki, ölkənin strateji valyuta ehtiyatları 2024-cü il ərzində 3.7% artaraq ÜDM-in 95.5%-nə çatıb. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 2024-cü ilin sonuna 10959.5 mln. ABŞ dollarına bərabər olub.

“2024-cü ildə də ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələyib. Belə ki, 2024-cü ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 33 aylıq mal və xidmət idxalına kifayət edib (2024-cü ilin ilk 9 ayı üzrə mal və xidmət idxalı götürülməklə). Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3.3 dəfə üstələyib (01.01.2025 tarixinə olan M2 pul aqreqatı götürülməklə)”, – deyə məlumatda qeyd olunub.

media-ads_728_90
Paylaş