Azərbaycanın valyuta ehtiyatları 85 milyard dolları keçib

media-ads_728_90

Bu il yanvarın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 56,4 milyon ABŞ dolları təşkil edib.

“TV1” xəbər verir ki, bunun 86,5 %-i və yaxud 73 milyard 541,5 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13,5 %-i və yaxud 11 milyard 514,9 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin IV rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 584,2 milyon ABŞ dolları və yaxud 4,4 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 milyard 379,8 milyon ABŞ dolları və yaxud 4,8 %, AMB-nin valyuta ehtiyatlarında isə 204,4 milyon ABŞ dolları və yaxud 1,8 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 14 milyard 165,5 milyon ABŞ dolları və yaxud 19,8 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 13 milyard 510,1 milyon ABŞ dolları və yaxud 22,5 % artım, AMB-nin valyuta ehtiyatları isə 555,4 milyon ABŞ dolları və yaxud 5,1 % artım nümayiş etdirib.

ARDNF-in

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

AMB-nin

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

Azərbaycanın

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

01.01.2026 73 541,5 11 514,9 85 056,4
01.10.2025 70 161,7 11 310,5 81 472,2
01.07.2025 66 515,6 11 153,9 77 669,5
01.04.2025 62 740,2 11 026,5 73 766,7
01.01.2025 60 031,4 10 959,5 70 990,9

 

 

media-ads_728_90
Paylaş