media-1200x100

Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatında mübarizəyə başlayırlar

media-ads_728_90

Azərbaycanın dörd yunan-Roma güləşçisi bu gün Albaniyanın paytaxtı Tirana şəhərində start götürəcək dünya çempionatında mübarizəyə başlayacaq.

“TV1” xəbər verir ki, 55 kiloqramda çıxış edən Eldəniz Əzizli 1/8 finalda Bayram Sina ilə qarşılaşacaq. Nihat Məmmədli (63 kiloqram) ABŞ təmsilçisi İldar Hafizovla münasiblərini aydınlaşdıracaq.

Ülvü Qənizadə (72 kiloqram) 1/8 final mərhələsində Otar Abuladze (Gürcüstan) – Dariuş Atilla Vitek (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

82 kiloqram çəkidə xalça üzərinə çıxacaq Qurban Qurbanov isə albaniyalı Kevin Kupi ilə görüşəcək.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 31-də yekun vurulacaq.

media-ads_728_90
Paylaş