Azərbaycanla müharibə səhifəsini bağlamışıq - Alen Simonyan

media-ads_728_90

“Azərbaycanla müharibə səhifəsi artıq bağlanıb”.

“TV1” xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Faktor TV-yə müsahibəsində deyib.

“Əgər kəskin hadisələr olmasa, hesab edirəm ki, bu səhifə yenidən açılmayacaq. Mən bu səhifəni bağlanmış sayıram”, – deyə o vurğulayıb.

Parlament sədri qeyd edib ki, Ermənistan tərəfinin müharibə səhifəsinin bağlandığı və sülh dövrünün başladığına dair təklif və ritorikası cəmiyyət tərəfindən qəbul edilib.

media-ads_728_90
Paylaş