Azərbaycanla Pakistan arasında birgə investisiya potensialı müzakirə olundu
Azərbaycanla Pakistan arasında investisiya üzrə birgə fəaliyyət, eləcə də digər iqtisadi istiqamətlər üzrə əməkdaşlıq üçün geniş potensial var.
“TV1” xəbər verir ki, bu barədə Pakistanda səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun bu ölkənin Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşündə qeyd edilib.
Görüş zamanı vurğulanıb ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı müxtəlif istiqamətlər üzrə intensiv inkişaf edir və iqtisadi əməkdaşlığa mühüm töhfələr verir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüş və tədbirlər, imzalanan sənədlər hər iki ölkə üçün faydalı işbirliyi baxımından mühüm önəm kəsb edir.
Tərəflər ikitərəfli münasibətlərin prioritet istiqamətləri və biznes əlaqələrinin şaxələndirilməsi barədə fikir mübadiləsi aparıblar.








