Bakı-Bratislava birbaşa uçuşlarına start verilir

media-ads_728_90

2026-cı ilin oktyabrından Bakı və Bratislava arasında birbaşa uçuşlar başlayacaq.

“TV1” xəbər verir ki, bunu Slovakiya Milli Şurasının sədri Rixard Raşi Milli Məclisin sədri Sahibə Qafarova ilə mətbuata birgə bəyanatında deyib.

Sədr bildirib ki, bu, iki ölkə arasında əməkdaşlıq potensialını daha da artıracaq:

“Slovakiyadan turistlər Bakıya, Bakıdan isə turistlər Slovakiyaya daha rahat səfər edə biləcəklər”.

R.Raşi vurğulayıb ki, bu prosesi dəstəkləmək məqsədilə xüsusi turizm bürosu yaradılacaq:

“Bu büro vasitəsilə Slovakiya turistləri üçün Bakı daha cəlbedici olacaq, eyni zamanda Bakıdan olan turistlər və sahibkarlar Bratislavaya daha çox maraq göstərəcəklər. Bakı Slovakiya turistləri və iş adamları üçün mühüm mərkəzə çevriləcək”.

media-ads_728_90
Paylaş