Bakı-Sumqayıt-Bakı ekspres qatarları Bakıxanov və Sabunçuda da dayanacaqlar

media-ads_728_90

Bu gündən Sumqayıt–Bakı xətti üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da əlavə edilib.

“TV1” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumatında bildirlir.

Məlumata görə, bu xətt üzrə saat 07:30 və 08:00 reyslərinin Bakıxanovda dayanması sərnişinlərə əlavə imkanlar yaradır.

Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta hərəkət edən ekspres qatarı Sabunçu stansiyasında da dayanacaq.

media-ads_728_90
Paylaş