media-1200x100

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi

media-ads_728_90

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, respublikanın digər bölgələri üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

media-ads_728_90
Paylaş