Bakı Təşəbbüs Qrupu ilə Boneyradan olan QHT-lər arasında memorandum imzalanıb
Bakı Təşəbbüs Qrupu, Boneyra İnsan Haqları Təşkilatı, eləcə də “Boneyra Dəyişiklik Naminə” Hərəkatı arasında anlaşma memorandumu imzalanıb.
“TV1” xəbər verir ki, sənədi Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov, “Boneyra Dəyişiklik Naminə” Hərəkatının lideri Ceyms Finis, eləcə də Davika Jasmin Visesar imzalayıblar.
İmzalanma mərasimindən sonra jurnalistlər üçün brifinq təşkil olunub.