Rəsmi Bakı: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımırıq

media-ads_728_90

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nə dair bəyanat yayıb.

“TV1” xəbər verir ki, bəyanatda Azərbaycanın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi bir daha təsdiqlənib.

“Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımırıq”, – deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, Cənubi Osetiyada qondarma “prezident seçkiləri” 18 sentyabr 2026-cı ildə keçirilib.

media-ads_728_90
Paylaş