Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar" forumu keçirilir

media-ads_728_90

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə “Mədəniyyət və hüquq: müasir çağırışlar” forumu keçirilir.

“TV1” xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir Fərəh Əliyeva, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, nazir müavinləri, elm xadimləri, deputatlar, eləcə də digər dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Forum Azərbaycanın hüquq və mədəniyyət sahələrində müasir çağırışlara diqqət yetirmək və bu sahələrdəki inkişafları müzakirə etmək məqsədi daşıyır.

Tədbir çərçivəsində “Mədəniyyət və hüquq”, “Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz” və “Mədəniyyətin beynəlxalq münasibətlər sistemindəki yeri” mövzuları müzakirə ediləcək.

Forumda iştirak edən ekspertlər və dövlət qurumlarının nümayəndələri Azərbaycanın mədəni irsinin qorunması və inkişafı, o cümlədən mədəniyyətin hüquqi təminatının gücləndirilməsi ilə bağlı müzakirələr aparacaqlar.

media-ads_728_90
Paylaş