Bakıda "Nar Naxışı" festivalı keçiriləcək

media-ads_728_90

Azərbaycanda istehsal olunan məhsulların tanıdılması məqsədi ilə Bakıda “Nar Naxışı” festivalı keçiriləcək.

“TV1” xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatında bildirilir.

Qeyd olunur ki, tədbir yanvarın 25-də AZPROMO və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçiriləcək.

Festivalın rəsmi açılış mərasimi saat 14:00-da diplomatik korpus təmsilçilərinin, dövlət qurumlarının, aidiyyəti təşkilatların nümayəndələrinin və biznes ictimaiyyətinin iştirakı ilə baş tutacaq.

Azərbaycan sahibkarları tədbirdə iştiraka dəvət olunurlar.

media-nar-naxisi

media-ads_728_90
Paylaş