Bakıda Qazaxıstan Kino Günü keçiriləcək
Bakıda dekabrın 9-da Qazaxıstan Kino Günü keçiriləcək. Filmin nümayişi Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin, Qazaxıstanın Azərbaycandakı səfirliyinin , “KAZAKCİNEMA” və “Qazaqfilm”in təşkilatçılığı ilə keçiriləcək.
“TV1” xəbər verir ki, “PARK SİNEMA” Metropark TM-da saat 19:00 da “Mənim adım Kojadır” filmi tamaşaçılara nümayiş olunacaq.
Qazaxıstan kinematoqrafiyasının müasir ekran nümunələrini izləmək üçün bütün kinosevərlər dəvətlidir.
Giriş sərbəstdir.








