Bakıda yaşayış binasında yanğın olub - 7 nəfər tüstüdən zəhərlənib/YENİLƏNİB

media-ads_728_90

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən yaşayış binasında baş verən yanğın zamanı 7 nəfər zəhərlənib.

“TV1” xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 5-i böyük, 2-si uşaqdır. Sözügedən şəxslər tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə hospitalizasiya olunub.

Həmçinin, bildirilib ki, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

xxx

Bakıda yaşayış binasında yanğın baş verib.

“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Binada baş verən yanğına görə sakinlər təxliyə edilir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvələri və texnikaları, polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib.

Yanğında tüstüdən zəhərlənən şəxslərin olduğu bildirilir.

Hazırda yanğının söndürülməsi ilə bərabər təxliyə işləri aparılır.

media-ads_728_90
Paylaş