Paytaxtda su basan yollar - VİDEO
Gecə saatlarından başlayan və hələ də davam edən yağış səbəbindən bir sıra küçələri su basıb.
“TV1” xəbər verir ki, Yasamal rayonunda bəzi küçələr yağış suları ilə dolub.
Xüsusilə İsmayıl Talıblı küçəsində yağış səbəbindən hərəkət çətinləşib. Nəticədə, Topçubaşov xəstəxanasının qarşısında kanalizasiya daşıb, küçələrdə su yığıntıları yaranıb, hərəkətdə çətinliklər müşahidə olunur.
Məhəbbət Qazıyevin təqdim etdiyi görüntüləri təqdim edirik:








