Banqladeşdə güclü zəlzələ - 10 nəfər ölüb, 300 nəfər xəsarət alıb

media-ads_728_90

Banqladeşin paytaxtı Dakkada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb, 300-dən çox insan yaralanıb.

“TV1” xəbər verir ki , yaralılar şəhərin müxtəlif rayonlarındakı xəstəxanalarda müalicə olunurlar.

Bundan əlavə, bir neçə yaşayış binasının uçması halları da qeydə alınıb.

Qeyd edək ki, Banqladeşin paytaxtında ötən gün səhər saatlarında 5,7 maqnitudalı zəlzələ olub.

media-ads_728_90
Paylaş