Banqladeşin keçmiş Baş naziri barəsində ölüm hökmü çıxarılıb
Banqladeş Beynəlxalq Cinayət Tribunalı keçmiş baş nazir Şeyx Həsinəni 2024-cü ildə kütləvi iğtişaşların yatırılması zamanı insanlığa qarşı cinayətlərinə görə qiyabi ölüm cəzasına məhkum edib.
“TV1” TASS-a istinadən xəbər verir ki, bu, BTV telekanalının canlı yayımladığı məhkəmə iclasından bəlli olub.
Məhkəmə Şeyx Həsinəni insanlığa qarşı cinayətlərlə bağlı bütün beş ittiham üzrə təqsirli bildi.
Əvvəllər Həsinə qarşı irəli sürülən müxtəlif ağır cinayətlərlə bağlı ittihamların sayının 120-ni keçdiyi bildirilirdi.








