Baş nazir: Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi sürətlə davam edir

media-ads_728_90

“Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi sürətlə davam edir”.

“TV1” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.

Əli Əsədov deyib ki, ilkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək:

“Sevindirici haldır ki, avqustda Qars-Naxçıvan dəmiryolu xəttinin təməli qoyuldu. Bu dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir. Marşrut həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək”.

media-ads_728_90
Paylaş