Bəhreynin Kralı Prezident İlham Əliyevi təbrik edib

media-ads_728_90

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə Ramazan bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

“TV1” xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri Prezident İlham Əliyev.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.

Uca Allahdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq diləyirik.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

media-ads_728_90
Paylaş