media-1200x100

Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb

media-ads_728_90

Bələdiyyə seçkilərində 16 min 174 nəfərin namizədliyi qeydə alınıb.

“TV1” xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.

O bildirib ki, namizədlər 23 siyasi partiyanı təmsil edirlər:

“Onlardan 8 min 429 nəfəri siyasi partiyanın nümayəndələridir”.

MSK sədri bildirib ki, bu gün təşviqat prosesi başlayıb:

“İndi əsas diqqətimizi təşviqat prosesinə yönəltmişik. Çalışmalıyıq ki, proseslər qanuni çərçivədə davam etsin”.

media-ads_728_90
Paylaş